​Vaqif Cavadovun "Sumqayıt"dakı mövqeyində dəyişiklik edilib

​Vaqif Cavadovun "Sumqayıt"dakı mövqeyində dəyişiklik edilib Hücumçu komandasının Antalya toplanışını dəyərləndirib
Futbol
22 Yanvar , 2016 14:29
​Vaqif Cavadovun Sumqayıtdakı mövqeyində dəyişiklik edilib

Bakı. 22 yanvar. REPORT.AZ/ "Artıq bir həftədir ki, Türkiyədə təlim-məşq toplanışını davam etdiririk. Hər şey yüksək səviyyədə təşkil edilib. Gündə iki dəfə olmaqla hazırlıq keçirik. Fikrimcə, Antalyaya gəlməyimiz komandanın xeyrinə olacaq". "Report"un məlumatına görə, bunu "Sumqayıt"ın yeni transferi Vaqif Cavadov komandanın Türkiyənin Antalya bölgəsində keçirilən təlim-məşq toplanışını dəyərləndirərkən deyib.

Antalyada indiyədək 3 yoxlama görüşü keçirdiklərini xatrladan 27 yaşlı hücumçunun fikrincə, komandası ölkə daxilində qalsaydı yoxlama oyunları baxımından axsayacaqdı: "Qarşılaşdığımız rəqiblər fiziki göstəriciləri yüksək olan komandalardır. Hər üç oyunu üstün keçirsək də, yalnız birində qələbə qazana bildik. Dünən məğlub olduğumuz İran çempionu “Sepahan”la görüşdə də uşaqlar baxımlı futbol nümayiş etdirdi. Belə qarşılaşmalarda nəticə önəmli deyil. Əsas odur ki, çempionatın 3-cü dövrəsinə qədər yaxşı forma yığaq”.

Cavadov komandaya uyğunlaşma baxımından heç bir problem yaşamadığını da vurğulayıb. O, baş məşqçinin göstərişi ilə mövqeyində dəyişikliyin edildiyini bildirib: "Düşünürəm ki, bu da mənim üçün problem olmayacaq. Baş məşqçi Samir Abasova və komandaya kömək etməyə gəlmişəm. İnşallah mövsümün sonunda komanda yuxarı pillələrdə qərarlaşacaq. Bunun gerçəkləşməsi üçün yaxşı heyətimiz var”.

Son xəbərlər

Orphus sistemi