​Van Qal: "Mançester Yunayted" karyeramda sonuncu klub ola bilər"

​Van Qal: "Mançester Yunayted" karyeramda sonuncu klub ola bilər" 63 yaşlı mütəxəssis baş məşqçilik karyerasına son verə bilər
Futbol
2 Yanvar , 2016 11:18
​Van Qal: Mançester Yunayted karyeramda sonuncu klub ola bilər

Bakı. 2 yanvar. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Lui Van Qal gələcək karyerası haqda açıqlama verib. "Report"un məlumatına görə, hollandiyalı mütəxəssis Mançester klubunun onun baş məşqçilik karyerasında sonuncu iş yeri ola biləcəyini deyib.

V.Qal hər kəsin bacardığı işlə məşğul olmasının vacibliyini vurğulayıb: "Həmişə öz işimi görmüşəm. Rəhbərlikdən kimsə mənə necə kömək edə biləcəyini deyəndə, "kömək edirsən, öz işini gör" cavabını verirəm. Həmçinin də bunu futbolçularımdan gözləyirəm. "Mançester Yunayted" mənim karyeramda olan ilk klub deyil, amma ola bilsin ki, sonuncu olsun".

Qeyd edək ki, "Mançester Yunayted" hazırda 19 turdan sonra 30 xalla Premyer Liqada 6-cı pillədədir.

Son xəbərlər

Orphus sistemi