"Valensiya" komandasının baş məşqçisi istefa verib

"Valensiya" komandasının baş məşqçisi istefa verib Nunu Espiritu Santu qərarını "Sevilya"ya məğlubiyyətdən sonra açıqlayıb
Futbol
30 Noyabr , 2015 09:38
Valensiya komandasının baş məşqçisi istefa verib

Bakı. 30 noyabr. REPORT.AZ/ Nunu Espiritu Santu İspaniyanın "Valensiya" futbol komandasının baş məşqçi postundan istefa verib. "Report"un məlumatına görə, 41 yaşlı mütəxəssis qərarını səfərdə "Sevilya"ya 0:1 hesabı ilə uduzduqları XIII tur matçından sonra açıqlayıb. 

Santu birgə çalışdığı bütün futbolçulara, eləcə də klub rəhbərliyi və azarkeşlərə minnətdarlıq edib. Portuqaliyalı baş məşqçi bildirib ki, "Sevilya" ilə görüşədək oyunçular onun istefa qərarından xəbərsiz olublar. O, "Valensiya"da çalışmağı özünə şərəf saydığını da vurğulayıb. 

Qeyd edək ki, hazırda "Valensiya" La Liqada 13 oyundan 19 xalla 9-cu pillədə qərarlaşıb. Çempionlar Liqasında isə "yarasalar" 5 turdan sonra 6 xalla 3-cü pillədə qərarlaşıblar və 1/8 finala vəsiqə şanslarını qoruyublar. 

İngilis versiyası Valencia’s coach resigns

Son xəbərlər

Orphus sistemi