Uruqvay yığmasının futbolçusu epizoda baxıldıqdan sonra cəzalandırılıb

Uruqvay yığmasının futbolçusu epizoda baxıldıqdan sonra cəzalandırılıb Edinson Kavani Qonsalo Haranın təxribatına uyub
Futbol
28 İyul , 2015 15:12
Uruqvay yığmasının futbolçusu epizoda baxıldıqdan sonra cəzalandırılıb

Bakı. 28 iyul. REPORT.AZ/ Uruqvay milli komandasının futbolçusu Edinson Kavani iki oyunluq diskvalifikasiyaya məruz qalıb. "Report"un məlumatına görə, bu qərar Amerika Kubokunun 1/4 final matçında Çili yığmasının müdafiəçisi Qonsalo Haranın da iştirak etdiyi epizoda baxıldıqdan sonra verilib. 

İyunun 24-də keçirilmiş qarşılaşma təşkilatçı və sonradan qalib olan ölkənin qələbəsi ilə yekunlaşıb - 1:0. 63-cü dəqiqədə Kavani Haranın hərəkətinə cavab olaraq onu itələyib. Baş hakim isə onu ikinci sarı vərəqə ilə meydandan qovub. Halbuki televiziya ilə təkrara baxdıqda referinin çilili futbolçunun təxribatına diqqət etmədiyi görünür. Uruqvaylı futbolçuya qarşı hərəkətinə görə Hara 3 oyunluq cəzalandırılsa da, Cənubi Amerika Futbol Konfederasiyası onun diskvalifikasiyasını 2 oyunadək azaldıb. 

Qeyd edək ki, Edinson Kavani DÇ-2018-in seçmə mərhələsində ilk turun Boliviyaya qarşı oyununu buraxmalı olacaq. 

Son xəbərlər

Orphus sistemi