Bu gün Türkiyə Super Kuboku sahibini tapacaq

Bu gün Türkiyə Super Kuboku sahibini tapacaq Qarşılaşmanı FİFA referisi Cüneyt Çakır idarə edəcək
Futbol
8 Avqust , 2015 11:27
Bu gün Türkiyə Super Kuboku sahibini tapacaq

Bakı. 8 avqust. REPORT.AZ/ Bu gün Türkiyə Super Kuboku sahibini tapacaq. "Report"un məlumatına görə, Ankaradakı Osmanlı stadionunda ölkə çempionu və kubokun sahibi "Qalatasaray"la ölkə kubokunun finalçısı "Bursaspor" üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 22:45-də başlanacaq qarşılaşmanı FİFA referisi Cüneyt Çakır idarə edəcək.

Türkiyə Super Kuboku uğrunda mübarizəyə 2006-2007 mövsümündən başlanılıb. İndiyədək "Qalatasaray" 6 dəfə finala yüksəlib və onların 3-də qalib olmağı bacarıb. Ötən mövsümün yekununda 20-ci dəfə ölkə çempionu olaraq, 4-cü ulduza sahib çıxan "sarı-qırmızılar" bu gecə də qələbə qazansalar, 4-cü dəfə Super Kuboka yiyələnəcəklər. "Bursaspor" isə ikinci dəfə çıxış edəcəyi Super Kubokda ilk dəfə qalib olmağa çalışacaq. Görüş Türkiyənin ATV kanalı vasitəsilə yayımlanacaq.

Qeyd edək ki, bu oyunun ardından avqustun 14-də Türkiyə Super Liqası start götürəcək.

Son xəbərlər

Orphus sistemi