Almaniya klubu xərçəngdən əziyyət çəkən futbolçusu ilə müqaviləni uzadıb

Almaniya klubu xərçəngdən əziyyət çəkən futbolçusu ilə müqaviləni uzadıb "Union Berlin" Bencamin Kölerlə daha bir il anlaşıb
Futbol
6 Fevral , 2015 09:58
Almaniya klubu xərçəngdən əziyyət çəkən futbolçusu ilə müqaviləni uzadıb

Bakı. 6 fevral. REPORT.AZ/ Almaniyanın II Bundesliqasında çıxış edən "Union Berlin" klubu onkoloji xəstəlikdən əziyyət çəkən futbolçu Bencamin Kölerlə yeni müqavilə bağlayıb. "Report"un məlumatına görə, mədəsində bədxassəli şiş aşkarlanan 25 yaşlı yarımmüdafiəçi ilə mövcud anlaşma 2015-ci ilin yayında bitirdi.

Yeni sövdələşmə isə 2016-cı ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Bencamin Köler "Union Berlin"də keçirdiyi 2 mövsüm ərzində 49 oyuna 6 qol vurub.

Son xəbərlər

Orphus sistemi