​Ukraynalı qapıçı: “Azərbaycan klubları ilə danışıqlar aparıram”

​Ukraynalı qapıçı: “Azərbaycan klubları ilə danışıqlar aparıram” Sergey Litovçenko yaxın gələcəyə dair planlarından danışıb
Futbol
19 Yanvar , 2015 08:27
​Ukraynalı qapıçı: “Azərbaycan klubları ilə danışıqlar aparıram”

Bakı. 19 yanvar. REPORT.AZ/ Ukraynanın “Volın” klubunun sabiq qapıçısı Sergey Litovçenko yaxın gələcəyə dair planlarından danışıb.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

“Ukrayna Premyer Liqasında oynamaq istəyirəm, lakin bu gün Azərbaycandan olan klublarla da danışıqlar aparıram. Həmçinin, Avropada iş tapmaq variantları var”, – deyə Litovçenko bildirib.

Ötən gün futbolçu qarşılıqlı razılaşma əsasında “Volın” ilə müqaviləsini pozub.

Son xəbərlər

Orphus sistemi