Ukraynalı futbolçu Rusiya klubuna keçməkdən imtina edib

Ukraynalı futbolçu Rusiya klubuna keçməkdən imtina edib Yevgeniy Selin karyerasını "Dinamo"da davam etdirmək istəyir
Futbol
27 Avqust , 2016 14:49
Ukraynalı futbolçu Rusiya klubuna keçməkdən imtina edib

Bakı. 27 avqust. REPORT.AZ/ Ukrayna "Dinamo"sunun futbolçusu Yevgeniy Selin Rusiyanın "Krılya Sovetov" klubuna keçməkdən imtina edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını Kiyev təmsilçisinin heyətində davam etdirmək istəyir.

Rusiya klubu isə futbolçunu icarə əsasında komandaya cəlb etmək niyyətində olub. Amma Y.Selin bununla razılaşmayıb.

Qeyd edək ki, hazırda Y.Selin "Dinamo"nun heyətində mütəmadi olaraq əsas heyətdə yer tapmaqda çətinlik çəkir.

Son xəbərlər

Orphus sistemi