Ukraynada "Simurq"un sabiq futbolçusu ilə erməni klub prezidenti arasında münaqişə baş verib

Ukraynada "Simurq"un sabiq futbolçusu ilə erməni klub prezidenti arasında münaqişə baş verib Vladimir Mazyar "Stal"ın baş məşqçi postundan istefa vermək istəmir
Futbol
11 Yanvar , 2016 14:51
Ukraynada Simurqun sabiq futbolçusu ilə erməni klub prezidenti arasında münaqişə baş verib

Bakı. 11 yanvar. REPORT.AZUkraynanın "Stal" futbol klubunun yeni prezidenti Vardan İsraelyanla baş məşqçi Vladimir Mazyar və klub rəsmiləri arasında münaqişə yaranıb. "Report"un "Sport Arena"ya istinadən verdiyi məlumata görə, erməni funksioner "Simurq"un sabiq futbolçusuna məşqçi işinin təşkili ilə bağlı iradlarını bildirib.

Telefon söhbətinin yekununda İsraelyan və Mazyarın mövqeləri üst-üstə düşməyib. Nəticədə onların gələcək əməkdaşlıqlarının davam etdirilməsi üçün pozitiv şərait yaranmayıb. Klub prezidenti baş məşqçiyə istefanın qaçılmaz olduğunu bildirib.

Lakin Mazyar İsraelyanın istəyilə əməkdaşlığı pozmaq niyyətində deyil. Onun klubla müqaviləsi 2017-ci ilin yayınadəkdir. Artıq "Stal"ın vitse-prezidenti Nikolay Klyuçiy və icraçı direktor Sergey Burxanla yollar ayrılıb. Yaxın vaxtlarda bir neçə oyunçunun da komandanı tərk edəcəkləri gözlənilir. Onlar baş məşqçi ilə birgə hələ I Liqada çıxış etmiş futbolçulardır.

Qeyd edək ki, Vladimir Mazyar 2007 - 2009-cu illərdə çıxış etdiyi "Simurq"da 51 oyuna 28 qol vuraraq, komanda tarixinin ən yaxşı bombardiri olub. Mazyarın rəhbərliyi altında "Stal" ötən mövsüm Ukrayna I Liqasında II yeri tutaraq, Premyer Liqaya vəsiqə qazanıb. Hazırda bu komanda elitada 16 oyundan 16 xalla 14 komanda arasında 9-cu yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi