Ukraynada baş məşqçi komandanı təyinatından 11 gün sonra tərk edib

Ukraynada baş məşqçi komandanı təyinatından 11 gün sonra tərk edib Komandada baş məşqçi səlahiyyətlərini Anatoli Çantsev yerinə yetirəcək
Futbol
17 İyun , 2016 17:47
Ukraynada baş məşqçi komandanı təyinatından 11 gün sonra tərk edib

Bakı. 17 iyun. REPORT.AZ/ Ukraynanın "Karpatı" futbol komandası yenidən baş məşqçisiz qalıb. "Report"un "Futbol24"ə istinadən verdiyi məlumata görə, Valeri Yaremçenko komandaya rəhbərlik etməyə razı olmayaraq, Lvovdan ayrılıb.

Komandada baş məşqçi səlahiyyətlərini Anatoli Çantsev yerinə yetirəcək.

Qeyd edək ki, Valeri Yaremçenko "Karpatı"ya 11 gün öncə baş məşqçi təyin olunmuşdu. O, Anatoli Çantsev, Vladimir Bezubyak və Vladimir Vasyutini özünə köməkçi götürmüşdü.

Son xəbərlər

Orphus sistemi