Ukrayna klubu Donbasdakı vəziyyətlə əlaqədar ölkə çempionatında iştirakını dayandırıb

Ukrayna klubu Donbasdakı vəziyyətlə əlaqədar ölkə çempionatında iştirakını dayandırıb "Stal"ın xahişi qəbul olunub
Futbol
4 Fevral , 2015 18:04
Ukrayna klubu Donbasdakı vəziyyətlə əlaqədar ölkə çempionatında iştirakını dayandırıb

Bakı. 4 fevral. REPORT.AZ/ Donbasdakı ağır situasiya ilə əlaqədar Alçevskin "Stal" klubu futbol üzrə Ukrayna I Liqasında iştirakını dayandırıb. "Report"un Ukrayna Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, klub bununla bağlı yazılı müraciət edib. 

Müraciətdə bildirilib ki, antiterror əməliyyatının keçirildiyi zonada vəziyyətin gərginləşməsi üzündən "Stal"ın yarışlarda hər hansı formada iştirakı mümkünsüzdür. Müzakirlərdən sonra Liqa Şurası klubun xahişini qəbul edib. Amma Ukraynanın şərqindəki vəziyyət normallaşacağı və attestasiya prosedurunu uğurla keçəcəyi təqdirdə, klub 2015-2016-cı il mövsümündə I Liqa iştirakçıları sırasına daxil ediləcək. Yaxın vaxtlarda bu qərar Ukrayna Futbol Federasiyası İcraiyyə Komitəsi ilə razılaşdırılacaq. 

Son xəbərlər

Orphus sistemi