UEFA AVRO-2016-dan 1,95 milyard avro gəlir əldə edəcək

UEFA AVRO-2016-dan 1,95 milyard avro gəlir əldə edəcək Qarşılaşmalarının yayım hüququnun satışına görə UEFA-nın büdcəsinə 1 milyard avro daxil olacaq
Futbol
12 Dekabr , 2015 20:11
UEFA AVRO-2016-dan 1,95 milyard avro gəlir əldə edəcək

Bakı. 12 dekabr. REPORT.AZ/ UEFA Fransada keçiriləcək 2016-cı il futbol üzrə Avropa çempionatından təxminən 1,95 milyard avro gəlir əldə edəcək.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, qarşılaşmaların yayım hüququnun satışına görə UEFA-nın büdcəsinə 1 milyard avro daxil olacaq.

Federasiya biletlərin satışına görə daha 480 milyon avro, digər kommersiya mənbələrindən isə 480 milyon avro əldə edəcək.

Avropa çempionu ünvanını əldə edəcək komanda 27 milyon avro qazanacaq.

Son xəbərlər

Orphus sistemi