​UEFA: "U-17 çempionatını qəbul edəcək Azərbaycanda futbol çiçəklənir"

​UEFA: "U-17 çempionatını qəbul edəcək Azərbaycanda futbol çiçəklənir" Videomaterialda qısa müsahibələr yer alıb
Futbol
14 Mart , 2016 13:11
​UEFA: U-17 çempionatını qəbul edəcək Azərbaycanda futbol çiçəklənir

Bakı. 14 mart. REPORT.AZ/ uefa.org saytında Azərbaycanda futbolun inkişaf eməkdə olması barədə videosüjet yerləşdirilib. "Report"un məlumatına görə, videomaterialda ölkənin bu il 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcəyi xüsusi vurğulanıb. 

Süjetdə AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, 21 yaşadək qızlaran ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzalesin və U-16 qızlar yığmasının üzvü Sanay Fətullayevanın qısa müsahibələri də yer alıb.

Videosüjet uefa.org saytında "Football flourishing in U17 host nation Azerbaijan" ("Azərbaycanda futbol çiçəklənir") başlığı ilə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi