UEFA Rusiya və Albaniyanın gerbləri ilə bağlı yanlışlığa yol verib

UEFA Rusiya və Albaniyanın gerbləri ilə bağlı yanlışlığa yol verib UEFA əməkdaşları Rusiya millisinin dövlət gerbi ilə formasını yerləşdirərək, fotonun altında "Albaniya" yazıblar
Futbol
8 İyun , 2016 15:37
UEFA Rusiya və Albaniyanın gerbləri ilə bağlı yanlışlığa yol verib

Bakı. 8 iyun. REPORT.AZ/ UEFA-nın mətbuat xidməti Rusiya və Albaniyanın gerblərini səhv salıb. 

"Report"un məlumatına görə, bu, Avropa çempionatı iştirakçılarının formalarının nümayişi zamanı baş verib. 

Növbə Albaniyaya çatanda UEFA əməkdaşları Rusiya millisinin dövlət gerbi ilə formasını yerləşdirərək, fotonun altında "Albaniya" yazıblar. 

Qeyd edək ki, Avropa çempionatı iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək. Albaniya yığması Fransa, Rumıniya və İsveçrə ilə birgə A qrupunda yer alıb. A qrupundakı Rusiyanın rəqibləri isə İngiltərə, Uels və Slovakiyadır. 

Son xəbərlər

Orphus sistemi