​UEFA Rusiya klubunu cərimələyib

​UEFA Rusiya klubunu cərimələyib MOİK azarkeşlərin davranışına görə 20 min avrosundan keçməli olacaq
Futbol
4 Sentyabr , 2015 19:05
​UEFA Rusiya klubunu cərimələyib

Bakı. 4 sentyabr. REPORT.AZ/ UEFA Rusiyanın MOİK klubunu cərimələyib. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Moskva təmsilçisinin İctimaiyyətlə əlaqələr üzrə direktoru Sergey Aksyonov məlumat verib.

MOİK numayəndəsi bildirib ki, Çempionlar Liqasının "play-off" mərhələsinin cavab görüşündə evdə Portuqaliya "Sportinq"i ilə qarşılaşmada moskvalı azarkeşlərin davranışı "hərbçilər"ə 20 min avroya başa gəlib.

Xatırladaq ki, avqustun 26-da baş tutan oyunda MOİK azarkeşləri pirotexniki vasitələrdən istifadə ediblər. Bundan başqa, fanatlar meydançaya yad maddələr də atıblar.

Qeyd edək ki, Rusiya klubu "Sportinq"ə 3:1 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi