UEFA "Qəbələ"nin futbolçusunun cəzasını açıqlayıb

UEFA "Qəbələ"nin futbolçusunun cəzasını açıqlayıb Teo Uiks 2 oyunluq cəzalanıb
Futbol
31 Avqust , 2016 17:31
UEFA Qəbələnin futbolçusunun cəzasını açıqlayıb

Bakı. 31 avqust. REPORT.AZ/ Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Maribor" (Sloveniya) – "Qəbələ" matçında (1:0) qırmızı vərəqə alan Teo Uiksin cəzası müəyyənləşib.

"Report"un klub saytına istinadən verdiyi məlumata görə, səfər matçının 69-cu dəqiqəsində meydandan kənarlaşdırılan liberiyalı hücumçu 2 matçlıq cəzalandırılıb.

Buna onun birbaşa qırmızı vərəqə alması səbəb olub. Görüş zamanı yaşanan epizodu müzakirə edən UEFA-nın İntizam Komitəsi futbolçunun 2 oyunluq cəzalanmasını məqsədəuyğun sayıb. Bu isə o deməkdir ki, Uiks qrup mərhələsinin ilk iki turunu buraxacaq. Hücumçu sentyabrın 15-də "Anderlext"lə (Belçika) səfər, 29-da "Mayns"la (Almaniya) ev matçında forma geyinə bilməyəcək.

Son xəbərlər

Orphus sistemi