UEFA "Qəbələ"nin futbolçusu Cavid Hüseynovla bağlı qərarını açıqlayıb

UEFA "Qəbələ"nin futbolçusu Cavid Hüseynovla bağlı qərarını açıqlayıb "Qarabağ" komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəni davam etdirəcək
Futbol
5 Avqust , 2015 23:50
UEFA Qəbələnin futbolçusu Cavid Hüseynovla bağlı qərarını açıqlayıb

Bakı. 5 avqust. REPORT.AZ/ UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da keçirilən “Apollon” (Kipr) – “Qəbələ” matçı (1:1) ilə bağlı qərar verib. "Report" xəbər verir ki, “Qəbələ” FK məsələyə açıqlama ilə münasibət bildirib.

Açıqlamada qeyd olunur ki, qitə futbol qurumu Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionunda baş tutan görüşdə yaşananları müzakirə edərək, müvafiq addımı atıb. Matçdakı bərabərlik qolunu vurarkən sevincini nümayiş etdirən Cavid Hüseynovun jestindən narazı qalan “Apollon”un şikayətini, həmçinin “Qəbələ”nin kapitanı ilə bağlı göndərdiyi müdafiə məktubunu dəyərləndirən UEFA kiprlilərin iddiaların əsassız hesab edib.

Qurum baş verənlərin bütün təfərrüatlarını nəzərdən keçirdikdən sonra Hüseynovun cəzalandırılmamasına qərar verib.

Qeyd edək ki, “Qəbələ” və “Apollon” arasında cavab oyunu avqustun 6-da Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi