​UEFA-nın keçmiş prezidentinin cəza müddəti azaldılıb

​UEFA-nın keçmiş prezidentinin cəza müddəti azaldılıb Qərar Mişel Platininin apellyasiyası üzrə dinləmələrindən sonra qəbul edilib
Futbol
9 May , 2016 12:50
​UEFA-nın keçmiş prezidentinin cəza müddəti azaldılıb

Bakı. 9 may. REPORT.AZ/ UEFA-nın keçmiş prezidenti Mişel Platininin futbol sahəsindəki fəaliyyətinə qoyulmuş qadağa 6 ildən 4 ilə endirilib. "Report" xəbər verir ki, bu barədə Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) qərar qəbul edib. 

Qərar M.Platininin apellyasiyası üzrə dinləmələrindən sonra çıxarılıb. 

Qeyd edək ki, İsveçrənin Federal Ədliyyə Bürosu 2015-ci il sentyabrın 25-də FİFA-nın ovaxtkı prezidenti Yozef Blatterin 2001-ci ildə M.Platininin hesabına 2 milyon İsveçrə frankı məbləğində qeyri-qanuni köçürmə etməsi şübhəsi ilə iş açıb. Ötən il dekabrın 21-də hər iki şəxs ali futbol qurumun Etika Komitəsi tərəfindən 8 il müddətinə kənarlaşdırılıb. Təşkilatın Apellyasiya Komitəsi fevralın 24-də funksionerlərə qarşı sanksiyaları yüngülləşdirib və cəzanı 6 ilə endirib.

Məhz kənarlaşdırılması səbəbindən M.Platini fevralın 26-da keçirilmiş FİFA prezidenti seçkisində iştirak edə bilməyib. Qalib adını UEFA-nın isveçrəli keçmiş baş katibi Canni İnfantino qazanıb.

Son xəbərlər

Orphus sistemi