UEFA-nın əmsallar cədvəli: Azərbaycan Bolqarıstan və Sloveniyanı arxada qoydu

UEFA-nın əmsallar cədvəli: Azərbaycan Bolqarıstan və Sloveniyanı arxada qoydu "Qarabağ" və "Qəbələ" ötən gün ölkəyə 1,5 xal qazandırıblar
Futbol
21 Avqust , 2015 07:58
UEFA-nın əmsallar cədvəli: Azərbaycan Bolqarıstan və Sloveniyanı arxada qoydu

Bakı. 21 Avqust. REPORT.AZ/ Azərbaycan UEFA-nın əmsallar cədvəlində Bolqarıstan və Sloveniyanı arxada qoyaraq 26-cı pilləyə yüksəlib.

"Report" xəbər verir ki, Avropa Liqasında mübarizəni davam etdirən "Qarabağ" və "Qəbələ" klubları ötən gün ölkəyə növbəti xalları qazandırıblar.

Belə ki, "Qarabağ" səfərdə İsveçrənin "Young Boys" klubu üzərində qələbə qazanmaqla 1, "Qəbələ" isə evdə Yunanıstanın "Panatinaikos" kollektivi ilə heç-heçə etməklə 0,5 xal qazanmağa nail olub. Ümumilikdə qazanılan 1,5 xal ölkənin reytinq cədvəlində 26-cı pilləyə yüksəlməsi ilə nəticələnib.

Hazırda Azərbaycanın hesabında 13.250 reytinq xalı var və o ən yaxın izləyicisindən 0,125 xal öndədir. Lakin qeyd edək ki, hazırda Bolqarıstan və Sloveniyanın bütün klubları Avropa kuboklarında mübarizəni dayandırıb. Əvəzində isə 29 və 30-cu pillələrdə qərarlaşan Serbiya və Slovakiyanın müvafiq olaraq 2 və 1 təmsilçisi avrokuboklarda çıxışını davam etdirdiyindən, onların xal qazanması və ya mərhələ adlaması Azərbaycan üçün təhlükəli ola bilər.

Reytinq cədvəlində Azərbaycanın növbəti hədəfə aldığı ölkə isə Norveçdir (16.250). Hazırda ölkəmizi bu rəqibdən 3 reytinq xalı ayırır və üstəlik bu ölkənin 3 təmsilçisi hələ ki, avrokuboklarda mübarizəni davam etdirir.

Qeyd: Klublar təsnifat mərhələlərində qələbəyə görə 1 xal, heç-heçəyə görə isə - 0,5 xal, eyni zamanda qrup mərhələlərində 1 qələbəyə görə 2 xal, heç-heçəyə görə isə 1 xal qazanırlar.

Mövsüm ərzində toplanan xallar ölkəni təmsil edən klubların ümumi sayına bölünür (Azərbaycan klublarının sayına) və yekun rəqəm ölkənin hesabına əlavə edilir.


Ölkə Xal  Qalıb   11/12 12/13 14/15 15/16  Ümumi +/-
1 İspaniya 18.5 7/7 20.857 17.714 23.000 20.214 2.642 84.427
   
2 Almaniya 15 7/7 15.250 17.928 14.714 15.857 2.142 65.891
   
3 İngiltərə 19 7/8 15.250 16.428 16.785 13.571 2.375 64.409
   
4 İtaliya 10 5/6 11.357 14.416 14.166 19.000 1.666 60.605
   
5 Portuqaliya 11.5 5/6 11.833 11.750 9.916 9.083 1.916 44.498
   
6 Fransa 14.5 6/6 10.500 11.750 8.500 10.916 2.416 44.082
   
7 Rusiya 10 5/5 9.750 9.750 10.416 9.666 2.000 41.582
   
8 Ukrayna 9.5 4/5 7.750 9.500 7.833 10.000 1.900 36.983
   
9 Belçika 9 4/5 10.100 6.500 6.400 9.600 1.800 34.400
   
10 Niderland 8 4/6 13.600 4.214 5.916 6.083 1.333 31.146
   
11 Türkiyə 8 3/5 5.100 10.200 6.700 6.000 1.600 29.600
   
12 İsveçrə 5.5 4/5 6.000 8.375 7.200 6.900 1.100 29.575
   
13 Çexiya 8.5 4/5 5.250 8.500 8.000 3.875 1.700 27.325
   
14 Yunanıstan 11 5/5 7.600 4.400 6.100 6.200 2.200 26.500
   
15 Rumıniya 8 2/4 4.333 6.800 6.875 5.125 2.000 25.133
   
16 Avstriya 7 3/5 7.125 2.250 7.800 4.125 1.400 22.700
   
17 Xorvatiya 11 2/4 3.750 4.375 4.375 6.875 2.750 22.125
   
18 Kipr 9.5 1/4 9.125 4.000 2.750 3.300 2.375 21.550
     
19 Polşa 13 2/4 6.625 2.500 3.125 4.750 3.250 20.250
   
20 İsveç 12 1/4 2.900 5.125 3.200 3.900 3.000 18.125
     
21 Belarus 10.5 2/4 3.125 4.500 1.750 5.500 2.625 17.500
   
22 İsrail 4.5 1/4 6.000 3.250 5.750 1.375 1.125 17.500
   
23 Şotlandiya 9 1/4 2.750 4.300 3.250 4.000 2.250 16.550
   
24 Danimarka 13.5 2/4 3.100 3.300 3.800 2.900 3.375 16.475
   
25 Norveç 17 3/4 2.300 4.900 2.600 2.200 4.250 16.250
   
26 AZƏRBAYCAN 11 2/4 1.375 3.000 2.500 3.625 2.750 13.250
Qəbələ (AL) 4.0
Qarabağ (ÇL/AL) 3.0
İnter (Bakı) (AL) 3.0 çıxıb
Neftçi (AL) 1.0 çıxıb
27 Bolqarıstan 4 0/4 1.500 0.750 5.625 4.250 1.000 13.125
     
28 Sloveniya 4 0/4 2.250 3.250 2.625 4.000 1.000 13.125
     
29 Serbiya 10 2/4 2.125 3.000 2.500 2.750 2.500 12.875
   
30 Slovakiya 15 1/4 2.375 1.500 1.625 2.750 3.750 12.000
   
31 Qazaxıstan 9 2/4 1.625 1.375 3.125 3.375 2.250 11.750
   
32 Lixtenşteyn 5 0/1 2.000 0.000 1.000 2.500 5.000 10.500
     
33 Macarıstan 6.5 1/4 2.250 3.000 0.875 2.125 1.625 9.875
     
34 Moldova 5 1/4 0.500 2.250 3.375 1.750 1.250 9.125
   
35 İslandiya 4.5 0/4 1.375 1.250 2.500 2.500 1.125 8.750
     
36 Gürcüstan 2.5 0/4 2.875 1.500 1.875 1.250 0.625 8.125
     
37 Finlandiya 3.5 1/4 1.500 2.000 0.500 2.400 0.875 7.275
   
38 Bosniya-Hersoqovina 6 0/4 1.125 1.250 1.500 1.750 1.500 7.125
     
39 Albaniya 6.5 1/4 0.875 0.750 2.000 0.875 1.625 6.125
   
40 Makedoniya 6 1/4 1.625 1.250 0.500 1.125 1.500 6.000
   
41 İrlandiya 3.5 0/5 1.500 1.000 0.250 2.000 0.700 5.450
     
42 Latviya 6.5 0/4 0.625 1.250 1.625 0.250 1.625 5.375
     
43 Lüksemburq 3 0/4 1.125 1.375 1.500 0.500 0.750 5.250
     
44 Monteneqro 4 0/4 0.500 1.375 1.250 0.750 1.000 4.875
     
45 Litva 3 0/4 1.000 1.125 1.250 0.500 0.750 4.625
     
46 Şimali İrlandiya 3 0/4 0.500 1.000 0.875 1.375 0.750 4.500
     
47 Estoniya 4 0/4 0.375 0.375 1.000 1.500 1.000 4.250
     
48 Ermənistan 6.5 0/4 0.125 0.875 1.125 0.375 1.625 4.125
     
49 Farer adaları 1.5 0/4 0.500 0.500 0.875 1.375 0.375 3.625
     
50 Malta 3.5 0/4 0.833 0.875 0.875 0.125 0.875 3.583
     
51 Uels 6 0/4 0.625 0.500 0.750 0.125 1.500 3.500
     
52 Cəbəllütariq 1.5 0/2 0.000 0.000 0.000 0.250 0.750 1.000
     
53 Andorra 0.5 0/3 0.000 0.000 0.333 0.500 0.166 0.999
     
54 San-Marino 0 0/3 0.000 0.000 0.333 0.000 0.000 0.333
     

Son xəbərlər

Orphus sistemi