​UEFA-nın baş katibi Türkiyə və Rusiya yığmalarının yoldaşlıq görüşü keçirməsinə münasibət bildirib

​UEFA-nın baş katibi Türkiyə və Rusiya yığmalarının yoldaşlıq görüşü keçirməsinə münasibət bildirib Teodor Teodoridis matçda iştirakını istisna etməyib
Futbol
9 Avqust , 2016 17:19
​UEFA-nın baş katibi Türkiyə və Rusiya yığmalarının yoldaşlıq görüşü keçirməsinə münasibət bildirib

Bakı. 9 avqust. REPORT.AZ/ "Şadıq ki, Rusiya və Türkiyə iki ölkə münasibətlərinin gərginləşməsindən sonra yoldaşlıq görüşü keçirməyə razılıq veriblər". 

"Report"un məlumatına görə, bunu UEFA-nın baş katibi Teodor Teodoridis deyib.

Futbolun insanları bir araya gətirmək gücünə malik olduğunu bildirən baş katib şəxsən matçda iştirakını istisna etməyib: "Oyunda iştirak etməyə çalışacağam. Ancaq sıx təqvimim var. Bu ərəfədə Cenevrədə məşqçilər forumunun keçirilməsi planlaşdırılır. Lakin ilk fürsətdə mən Antalyaya yollanacağam".

Qeyd edək ki, Türkiyə və Rusiya yığmaları yoldaşlıq görüşü çərçivəsində avqustun 31-də üz-üzə gələcəklər.

Son xəbərlər

Orphus sistemi