UEFA "Liverpul"un dopinq qəbul edən futbolçusunu cəzalandırıb

UEFA "Liverpul"un dopinq qəbul edən futbolçusunu cəzalandırıb Mamadu Sako 30 gün müddətində oynaya bilməz
Futbol
28 Aprel , 2016 16:14
UEFA Liverpulun dopinq qəbul edən futbolçusunu cəzalandırıb

Bakı. 28 aprel. REPORT.AZ/ UEFA İngiltərənin "Liverpul" klubunun futbolçusu Mamadu Sakonu diskvalifikasiya edib. "Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna fransalı müdafiəçinin dopinqdən yararlanması səbəb olub.

Sako piy əridən xüsusi preparat qəbul edib. Həmin preparat qadağan olunmuş maddələr siyahısında olub. O, həmçinin B dopinq-probunun açılmasından imtina edib.

İşin araşdırması davam edəcək. Hələlik isə 26 yaşlı oyunçu 30 gün müddətində çıxış edə bilməz. Dinləmələrin tarixi yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, Mamadu Sako "Liverpul"a 2013-cü ildə Fransa PSJ-sindən keçib.

Son xəbərlər

Orphus sistemi