"Qəbələ"nin UEFA Gənclər Liqasında rəqibləri müəyyənləşib - YENİLƏNİB

"Qəbələ"nin UEFA Gənclər Liqasında rəqibləri müəyyənləşib - YENİLƏNİB İlk rəqib Moskva "Dinamo"su olacaq
Futbol
30 Avqust , 2016 16:09
Qəbələnin UEFA Gənclər Liqasında rəqibləri müəyyənləşib - YENİLƏNİB

Bakı. 30 avqust. REPORT.AZ/ UEFA Gənclər Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşk nəticəsində turnirdə Azərbaycanı təmsil edən "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının rəqibləri müəyyənləşib.

"Qırmızı-qaralar" ilkin mərhələdə Rusiyanın "Dinamo" (Moskva) komandası ilə üz-üzə gələcək. Bu görüşün qalibi növbəti mərhələdə "Makkabi" (Hayfa, İsrail) - "Şaxtyor" (Soliqorsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. 

Turnirin digər qruplarında isə komandalar bu cür qərarlaşıb:

1/16 final (27-28 sentyabr - 18-19 oktyabr)

1. "Nitra" (Slovakiya) - "Malaqa" (İspaniya)

2. Puşkaş akademiyası (Macarıstan) - PAOK (Yunanıstan)

3. APOEL (Kipr) - "Roma" (İtaliya) 

4. "Domjale" (Sloveniya) - "Çukariçki" (Serbiya)

5. "Breydablik" (İslandiya) - "Ayaks" (Hollandiya)

6. HİK (Finlandiya) - "Kork Siti" (İrlandiya)

7. "Anderlext" (Belçika) - "Midtyulland" (Danimarka)

8. "Rusenborq" (Norveç) - AİK (İsveç)

9. "Vitorul" (Rumıniya) - "Şerif" (Moldova)

10. "Jrinski" (Bosniya və Herseqovina) - "Sürix" (İsveçrə)

11. "Zalsburq" (Avstriya) - "Vardar" (Makedoniya)

12. "Sparta" (Çexiya) - "Mladost" (Monteneqro)

13. "Qəbələ" - "Dinamo" (Moskva, Rusiya)

14. "Makkabi" (Hayfa, İsrail) - "Şaxtyor" (Soliqorsk, Belarus) 

15. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Kayrat" (Qazaxıstan) 

16. "Altınordu" (Türkiyə) - "Levski" (Bolqarıstan)

1/8 final mərhələsi (1-2 noyabr - 22-23 noyabr)

1 cütünün qalibi - 7 cütünün qalibi 

2 cütünün qalibi - 5 cütünün qalibi 

3 cütünün qalibi - 6 cütünün qalibi 

8 cütünün qalibi - 4 cütünün qalibi 

9 cütünün qalibi - 10 cütünün qalibi 

11 cütünün qalibi - 15 cütünün qalibi 

16 cütünün qalibi - 12 cütünün qalibi 

13 cütünün qalibi - 14 cütünün qalibi

Son xəbərlər

Orphus sistemi