​UEFA, EPFL və FİFPro nümayəndələri Bakıda AFFA, PFL və klub rəsmiləri ilə görüşüb

​UEFA, EPFL və FİFPro nümayəndələri Bakıda AFFA, PFL və klub rəsmiləri ilə görüşüb Görüş “Peşəkar futbolçu müqavilələrinə dair minimum tələblərin yerli səviyyədə tətbiqi” mövzusunda olub
Futbol
8 Aprel , 2015 15:57
​UEFA, EPFL və FİFPro nümayəndələri Bakıda AFFA, PFL və klub rəsmiləri ilə görüşüb

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün UEFA, Avropa Peşəkar Futbol Liqası (EPFL), Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FİFPro) və Avropa Klubları Assosiasiyasının (ECA) nümayəndələri ilə AFFA, Peşəkar Futbol Liqası (PFL) və Azərbaycan Premyer Liqasında çıxış edən klubların nümayəndələri arasında görüş keçirilib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş “Peşəkar futbolçu müqavilələrinə dair minimum tələblərin yerli səviyyədə tətbiqi” mövzusunda olub.

Toplantıda UEFA-nın nümayəndəsi Qrafström Mattias, AFFA-nın hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev “Peşəkar futbolçularla futbol klubları arasında bağlanan müqavilələrin məzmunu ilə bağlı UEFA-nın tələbləri” mövzusunda çıxış edib, klub nümayəndələrinin suallarını cavablandırıb.

Daha sonra “Futbol sahəsində mövcud olan mübahisələrin həlli sistemi” müzakirə edilib. AFFA-da yeni yaradılmış Mübahisələrin həlli sistemi barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi