Bakı. 6 aprel. REPORT.AZ/ UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
"Report" xəbər verir ki, ilk görüşlər çərçivəsində ilk oyun günü "Barselona" "Atletiko"ya, "Bavariya" isə "Benfika"ya evdə qalib gəlib.
Çempionlar Liqası, 1/4 final, ilk oyunlar
"Barselona" (İspaniya) – "Atletiko" (İspaniya) - 2:1
Qollar: 0:1 – 25 Torres, 1:1 – 63 Suares, 2:1 – 74 Suares.
"Bavariya" (Almaniya) – "Benfika" (Portuqaliya) - 1:0
Qol: 1:0 – 2 Vidal.