​UEFA "Borussiya" klubuna qarşı iş açıb

​UEFA "Borussiya" klubuna qarşı iş açıb Qərar mayın 19-da veriləcək
Futbol
16 Mart , 2016 11:45
​UEFA Borussiya klubuna qarşı iş açıb

Bakı. 16 mart. REPORT.AZ/ UEFA Almaniyanın "Borussiya" klubuna qarşı intizam işi açıb. "Report"un məlumatına görə, buna səbəb Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Dortmundda keçirilmiş ilk oyunda İngiltərə "Tottenhem"inin 17 azarkeşinin xəsarət almasıdır.

Həmin oyun vaxtı təhlükəsizlik lazımi səviyyədə təmin olunmayıb və "Siqnal İduna Park"ın girişində izdiham yaranıb. Bunun qarşısını almaq istəyən təhlükəsizlik xidməti əməkdaşları azarkeşlərə qarşı bibər qazı və rezin dəyənəklərdən istifadə edib.

UEFA-nın Nəzarət-İntizam Komitəsi və Etika Komitəsi mayın 19-da məsələ ilə bağlı iclas keçirərək qərar verəcək.

Qeyd edək ki, martın 10-da keçirilmiş həmin görüşdə "Borussiya" 3:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi