Bakı. 16 sentyabr. REPORT.AZ/ UEFA "Qarabağ"la Çexiya "Slovan"ı arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin ilk tur matçındakı erkən qolun dəqiq vaxtını qeydə alıb.
"Report"un məlumatına görə, Avropa futbol qurumu qonaq komandanın futbolçusu Yan Sikoranın endirdiyi zərbəsinin 10.69-cu saniyədə tora daxil olduğunu açıqlayıb.
Bu, Avroliqada ən erkən qol olub. Əvvəlki rekord 2015-ci il martın 12-də "Vilyarreal"la görüşdə fərqlənmiş "Sevilya"nın futbolçusu Vitoloya məxsus idi.
Avropa Liqasının ən erkən qolları:
10.69 Yan Sikora ("Qarabağ" - "Slovan" - 2:2) 15/09/2016
13.21 Vitolo ("Vilyarreal" - "Sevilya" - 1:3) 12/03/2015
15.19 İsmael Blanko (AEK - BATE - 2:2) 05/11/2009
16.88 Keyta Balde ("Ludoqorets" - "Latsio" - 3:3) 27/02/2014
18.18 Xuan Mata ("Valensiya" - "Brügge" - 3:0) 25/02/2010
19.19 Serxio Aquero ("Mançester Siti" - "Porto" - 4:0) 22/02/2012