UEFA Azərbaycan Premyer Liqasının ən yaxşı legionerlərini açıqlayıb

UEFA Azərbaycan Premyer Liqasının ən yaxşı legionerlərini açıqlayıb Ən yaxşı 7 əcnəbi futbolçu siyahısına "Qarabağ" və "İnter"dən hərəyə 2 oyunçu düşüb
Futbol
27 Dekabr , 2014 11:16
UEFA Azərbaycan Premyer Liqasının ən yaxşı legionerlərini açıqlayıb

Bakı. 27 dekabr. REPORT.AZ/ UEFA-nın rəsmi saytı Azərbaycan Premyer Liqasında ilk yarının yekunlarına həsr olunmuş yazı hazırlayıb. "Report"un UEFA.com-a istinadən məlumatına görə, yazıda milli çempionatın ən qiymətli legionerlərindən ibarət TOP-7 təqdim olunub. 

Siyahıya "Qarabağ"dan yarımmüdafiəçi Leroy Corc və Muarem Muarem, "İnter"dən müdafiəçi Aleksandr Amisulaşvili və yarımmüdafiəçi Derlis Meza Kolli, "Neftçi"dən müdafiəçi Karlos Kardoso, "Xəzər Lənkəran"dan müdafiəçi Adrian Skarlatake və "Simurq"dan yarımmüdafiəçi Draqan Çeran salınıb. Hər bir legionerin üstün keyfiyyətlərindən bəhs olunub. 

Qeyd edək ki, ən yaxşı əcnəbi futbolçular qismində Ansi Aqoli, Riçard Almeyda (hər ikisi "Qarabağ"), Mikel Alvaro ("İnter"), Sadio Tounkara ("Xəzər Lənkəran"), Rafael Dos Santos ("Qəbələ"), Viktor İqbekoyi (AZAL) və Georgios Pelagiosun ("Bakı") da adı çəkilir. 

Son xəbərlər

Orphus sistemi