UEFA Azərbaycan millisinin rəqibini cəzalandırıb

UEFA Azərbaycan millisinin rəqibini cəzalandırıb Xorvatiya millisinin qarşıdakı 2 ev oyununu bağlı qapılar arxasında keçirməsinə qərar verilib
Futbol
23 İyul , 2015 22:48
UEFA Azərbaycan millisinin rəqibini cəzalandırıb

Bakı. 23 iyul. REPORT.AZ/ UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin iclasında AVRO-2016-nın seçmə qrup mərhələsinin Xorvatiya - İtaliya matçında baş verənlərə baxılıb. "Report"un məlumatına görə, Xorvatiya millisinin qarşıdakı 2 ev oyununu bağlı qapılar arxasında keçirməsinə qərar verilib.

Eyni zamanda ölkə yığmasının hesabından 1 xal silinib. Komanda bir daha Splitdəki "Polyud" stadionunda seçmə oyun keçirməyəcək. Xorvatiya Futbol Federasiyası isə 100 min avro cərimələnib.

Qeyd edək ki, Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya və İtaliya milliləri arasında iyunun 12-də keçirilmiş görüşdə yerli azarkeşlər irqçi şüarlar səsləndiriblər. Bu qərardan sonra Xorvatiya yığmasının xalları 13-ə endirilsə də, liderliyini qoruyub.

Son xəbərlər

Orphus sistemi