​UEFA: Almaniya AVRO-2024-ə ev sahibliyi edə bilər

​UEFA: Almaniya AVRO-2024-ə ev sahibliyi edə bilər Bu barədə qurumun baş katibi açıqlama verib
Futbol
28 İyun , 2016 16:42
​UEFA: Almaniya AVRO-2024-ə ev sahibliyi edə bilər

Bakı. 28 iyun. REPORT.AZ/ 2024-cü ildə keçiriləcək Avropa çempionatına Almaniya ev sahibliyi edə bilər. 

"Report"un məlumatına görə, bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis açıqlama verib.

Səkkiz il sonra keçiriləcək qitə turnirinə ev sahibliyi etmək üçün Almaniyanın əsas namizədlərdən biri olduğunu bildirib: "Hələlik biz Almaniyadan maraq və Şimali Avropa ölkələrinin birgə ərizəsini görürük. Türkiyə ilə bağlı vəziyyət isə aydın deyil".

Qeyd edək ki, apreldə Norveç, İsveçrə, Danimarka, Finlandiya, İslandiya və Farer adalarının qitə turnirinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdükləri açıqlanıb. AVRO-2020 isə 13 fərqli şəhərdə keçiriləcək. Həmin turnirdə Bakı 4 oyuna ev sahibliyi edəcək. Bunlardan 3-ü qrup, 1-i isə 1/4 final mərhələsinin oyunu olacaq.

Son xəbərlər

Orphus sistemi