Bakı. 6 may. REPORT.AZ/ Bu gün Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının final mərhələsində ilk tura yekun vurulub.
"Report" xəbər verir ki, "C" və "D" qrupunun matçları "Azərsun Arena" və "Dalğa Arena"da keçirilib.
"C" qrupunun favoritləri sayılan İngiltərə və Fransa ilk turda Skandinaviya təmsilçiləri ilə matçlarda büdrəyiblər. Fransızlar Danimarka ilə oyunda 2, ingilislər isə İsveçlə qarşılaşmada 3 xal itiriblər.
İtaliya və İspaniya isə mübarizəyə qələbə ilə başlayıb.
"D" qrupu
İtaliya - Serbiya - 2:1
Qollar: Canlukka Skamakka - 9, Moys Kin -32, İqor Maksimoviç - 77
Hollandiya - İspaniya - 0:2
Qollar: Xordi Mboula - 16, Abel Ruiz - 52
"C" qrupu
Fransa - Danimarka - 0:0
İngiltərə - İsveç - 1:2
Qollar: Reyss Nelson - 62, Joel Asoro - 4, 59