​Tyeri Anri karyerasını başa vurub

​Tyeri Anri karyerasını başa vurub 37 yaşlı hücumçu İngiltərənin "SKY Sport" telekanalında şərhçi kimi işləyəcək
Futbol
16 Dekabr , 2014 15:08
​Tyeri Anri karyerasını başa vurub

Bakı. 16 dekabr. REPORT.AZ/ Futbol üzrə Fransa yığmasının sabiq üzvü Tyeri Anri futbolçu karyerasını başa vurduğunu açıqlayıb. "Report"un məlumatına görə, T.Anri bundan sonra idman verilişində şərhçi kimi çalışacaq.

37 yaşlı hücumçu 20 illik futbolçu karyerasından sonra İngiltərənin "SKY Sport" telekanalında işləyəcəyini bildirib: "Futbolda ən yaxşı komandalarda oynadım. İndi də dünyanın ən yaxşısı olduğunu düşündüyüm bir televiziya komandasının heyətinə qatılıram. Bunun üçün səbirsizlənirəm. Yeni macəralarda görüşənə qədər..."

Qeyd edək ki, T.Anri futbolçu karyerası ərzində "Monako" (Fransa), "Yuventus" (İtaliya), "Barselona" (İspaniya), "Arsenal" (İngiltərə) və "Nyu-York Red Bullz" (ABŞ) klublarının formasını geyinib. O, 1997-2010-cu illərdə Fransa millisinin şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi