"Xəzər Lənkəran"ın vitse-prezidenti AFFA İcraiyyə Komitəsinə namizədliyini geri götürəcək

"Xəzər Lənkəran"ın vitse-prezidenti AFFA İcraiyyə Komitəsinə namizədliyini geri götürəcək Tuyqun Nadirov: "Klub bununla bağlı qərar verəcək"
Futbol
10 Mart , 2016 10:43
Xəzər Lənkəranın vitse-prezidenti AFFA İcraiyyə Komitəsinə namizədliyini geri götürəcək

Bakı. 10 mart. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirovun AFFA İcraiyyə Komitəsinə namizədliyi geri götürüləcək. Bu barədə "Report"a T.Nadirovun özü açıqlama verib. 

O bildirib ki, kluba qarşı hakim haqsızlıqlarından sonra namizədlik məsələsində fikri dəyişib. O, məsələ ilə bağlı ayrıca açıqlamanın veriləcəyini vurğulayıb: "Namizədlik məsələsində fikrim dəyişib. Bununla bağlı ayrıca açıqlama verəcəyəm. Namizədliyi geri götürmək barədə düşünürük. Klub namizədliyimi irəli sürüb və çox güman ki, klub da qərar qəbul edib namizədliyimi geri götürəcək".

Qeyd edək ki, Tuyqun Nadirov AFFA İcraiyyə Komitəsində Peşəkar Futbol Liqasına ayrılmış 4 yerə namizədliyi irəli sürülən 5 nəfərdən biridir. 

Son xəbərlər

Orphus sistemi