​Türkiyənin “Qalatasaray” klubuna yeni prezident seçilib

​Türkiyənin “Qalatasaray” klubuna yeni prezident seçilib Dursun Özbek rəqibləri böyük fərqlə geridə qoyub
Futbol
24 May , 2015 08:30
​Türkiyənin “Qalatasaray” klubuna yeni prezident seçilib

Bakı. 24 may. REPORT.AZ/ Mayın 23-də Türkiyənin “Qalatasaray” futbol klubunun prezidenti postuna seçkilər keçirilib.

“Report” xəbər verir ki, Dursun Özbek rəqibləri Turgay Kıran ve Ahmet Özdoğanı böyük fərqlə geridə qoyaraq klubun 36-cı prezidenti seçilib.

O, üç il “sarı-qırmızıların” rəhbəri olacaq.

110 illik tarixə malik “Qalatasaray”a ən çox klubun qurucusu Ali Sami Yen rəhbərlik edib. O, üst-üstə 14 il komandanın prezidenti olub.

Son xəbərlər

Orphus sistemi