​Türkiyənin "Giresunspor" klubu azərbaycanı futbolçu ilə yollarını ayıracaq

​Türkiyənin "Giresunspor" klubu azərbaycanı futbolçu ilə yollarını ayıracaq ​Türkiyədə çıxış edən daha bir azərbaycanlı futbolçu ilə yollar ayrılacaq
Futbol
7 Yanvar , 2015 15:37
​Türkiyənin Giresunspor klubu azərbaycanı futbolçu ilə yollarını ayıracaq

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyənin I Liqasında çıxış edən "Giresunspor" komandasının futbolçusu Ayaz Mehdiyev komandadan göndəriləcək. "Report"un "İhlas" agentliyinə istinadən verdiyi məlumata görə, klub prezidenti Mustafa Temel Bozbağ keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib.

Klub prezidenti hələ 6 ay da zədə üzündən yaşıl meydanlardan uzaq qalacaq Mehdiyevlə anlaşmanı donduracaqlarını bildirib. O, azərbaycanlı müdafiəçinin əvəzinə, qırğız futbolçu alacaqlarını deyib. 

Qeyd edək ki, Ayaz Mehdiyevin Azərbaycanda sonuncu klubu "Rəvan" olub. O, "Giresunspor"a ötən yay keçib. 

Son xəbərlər

Orphus sistemi