"Beşiktaş"ın futbolçusu Çin klubuna transfer olunub

"Beşiktaş"ın futbolçusu Çin klubuna transfer olunub "Şanxay Şenxua"" seneqallı hücumçu üçün 13 milyon avro ödəyəcək
Futbol
30 İyun , 2015 15:24
Beşiktaşın futbolçusu Çin klubuna transfer olunub

Bakı. 30 iyun. REPORT.AZ/ Türkiyə "Beşiktaş"ının futbolçusu Demba Ba Çinin "Şanxay Şenxua" klubuna transfer olunub. "Report"un İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, seneqallı hücumçunun "Beşiktaş"la olan müqaviləsinə xitam verilməsi üçün Çin klubu 13 milyon avro ödəyəcək. 

30 yaşlı forvardla anlaşmanın müddəti açıqlanmayıb. 

Qeyd edək ki, Demba Ba 2014/2015 mövsümündə "Beşiktaş" forması ilə çıxdığı oyunlarda 28 qol vurub.

Son xəbərlər

Orphus sistemi