Türkiyənin baş naziri Azərbaycan yığmasına uğur arzuladı - VİDEO

Türkiyənin baş naziri Azərbaycan yığmasına uğur arzuladı - VİDEO “Ramazan ayının bütün islam dünyasına sülh gətirməsini arzulayıram”
Futbol
3 İyun , 2016 16:25
Türkiyənin baş naziri Azərbaycan yığmasına uğur arzuladı - VİDEO

Bakı. 3 iyun. REPORT.AZ/ Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım futbol üzrə Azərbaycan millisinə bu gün Kanada yığması ilə keçirəcəyi oyunda uğurlar arzulayıb.

“Report”un xəbərinə görə, Binəli Yıldırım Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Ramazan ayının başlanması münasibəti ilə Azərbaycan xalqını təbrik də edib.

“Bu Ramazan ayının bütün islam dünyasına sülh gətirməsini arzulayıram”, - deyə, baş nazir əlavə edib.

Xatırladaq ki, futbol üzrə Azərbaycan milli komandası bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Kanada yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi