Türkiyədə "Putin təxribatı" törədən rusiyalı futbolçu uzun müddətə cəzalana bilər

Türkiyədə "Putin təxribatı" törədən rusiyalı futbolçu uzun müddətə cəzalana bilər Bu barədə UEFA nümayəndəsi açıqlama verib
Futbol
17 Fevral , 2016 10:16
Türkiyədə Putin təxribatı törədən rusiyalı futbolçu uzun müddətə cəzalana bilər

Bakı. 17 fevral. REPORT.AZ/ Rusiyanın "Lokomotiv" klubunun futbolçusu Dmitri Tarasov uzun müddətə diskvalifikasiya oluna bilər. "Report"un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Türkiyə "Fənərbağça"sı ilə Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində İstanbulda keçirilmiş ilk oyundan sonra Rusiya prezidenti Vladimir Putinin təsviri olan futbolkanı nümayiş etdirib. 

Oyunun UEFA nümayəndəsi "R-Sport"a bildirib ki, bu hərəkət nizam-intizam reqlamentinin açıq-aşkar pozulması və təxribatdır: "Tarasov cəzalana bilər, özü də uzun müddətə - ən azı 10 oyunluq. Sanksiyanın belə hərəkətə imkan verən "Lokomotiv" futbol klubuna da tətbiqi mümkündür". 

Qeyd edək ki, oyun "Fənərbağça"nın qələbəsi ilə yekunlaşıb - 2:0. Cavab görüşü fevralın 25-də Moskvada olacaq. 

Son xəbərlər

Orphus sistemi