​Türkiyədəki küçələrin birinə Arda Turanın adı verilib

​Türkiyədəki küçələrin birinə Arda Turanın adı verilib Bu, İstanbul Bayrampaşa bələdiyyəsinin futbolçuya sürprizi oldu
Futbol
8 İyul , 2015 18:21
​Türkiyədəki küçələrin birinə Arda Turanın adı verilib

Bakı. 8 iyul. REPORT.AZ/ Türkiyədəki küçələrin birinə İspaniyanın "Barselona" klubuna transfer olunan Arda Turanın adı verilib. 

"Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, İstanbul Bayrampaşa bələdiyyəsini ziyarət edən futbolçunun adı Ordu küçəsinə verilib.

Bələdiyyə sədri məsələ ilə bağlı açıqlamasında bunları deyib: "Ardaya sürprizimiz olacaq. Onun ad və soyadını atasının olduğu, özünün böyüdüyü Ordu küçəsinə vermişik. İstanbul Büyükşehir Bələdiyyəsi qərarını verib. İndi isə Bayrampaşa Bələdiyyə Məclisindən cavab gözləyirik. Çünki Arda bizim qürurumuzdur".

Futbolçu isə bələdiyyə sədrinin bu təşəbbüsünə görə ona təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi