Bakı. 11 aprel. REPORT.AZ/ Türkiyənin həvəskarlar liqasında keçirilmiş "Bartınspor" - "Leventspor" matçından sonra dava düşüb. "Report"un məlumatına görə, insident futbolçular arasında yaşanıb.
2:2 hesabı ilə başa çatan oyundan sonra meydan sahiblərinin futbolçuları qonaqlara hücum edib. Aranın qızışdığını görən polis əməkdaşları qonaq komandanı çətinliklə meydandan çıxarıb və komanda oyunun keçirildiyi Bartın şəhərindən ayrılıb.