Bakı. 27 yanvar. REPORT.AZ/ Yanvarın 26-da futbol üzrə Türkiyə Superliqasında 17-ci tura yekun vurulub.
"Report" xəbər verir ki, turun son matçında "Gənclərbirliyi" doğma divarlar arasında "Beşiktaş"ı qonaq edib.
Görüş "Qara qartallar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Demba Ba və Olcay Şahan fərqlənib.
"Beşiktaş" qələbə sayəsində xallarının sayını 38-ə çatdırıb və eyni xala malik "Qalatasaray"ı qabaqlayaraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.
Turnir cədvəli:
1."Fənərbağça" - 39
2. "Beşiktaş"- 38
3. "Qalatasaray" - 38
4."Bursaspor" - 29
5."İstanbul BB" - 28
6."Trabzonspor" - 26
7."Qaziantepspor" - 24
8."Mersin İdman Yurdu" - 23
9."Kasimpaşa" - 23
10."Gənclərbirliyi" - 22