Bakı. 18 iyul. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasında 2016-2017 mövsümünün püşkatma mərasimi keçirilib.
"Report"un məlumatına görə, əslən azərbaycanlı futbolçu Ramil Şeydayevin yenicə transfer olduğu "Trabzonspor" ilk turda "Kasımpaşa"nı qəbul edəcək.
Bu komanda VIII turda "Qalatasaray"ın, X turda "Beşiktaş"ın qonağı olacaq. XVI turda "Fənərbağça" ilə görüş isə "Trabzonspor"un doğma arenasına təsadüf edəcək.
V turda "Beşiktaş" - "Qalatasaray", XI turda "Fənərbağça" - "Qalatasaray", XIII turda "Fənərbağça" - "Beşiktaş" görüşləri nəzərdə tutulub.
İlk turun qarşılaşması belədir:
"Antalyaspor" - "Osmanlıspor", "Kayserispor" - "Akhisar", "Beşiktaş" - "Alanyaspor", "Trabzonspor" - "Kasımpaşa", "Qalatasaray" - "Karabükspor", "Adanaspor" - "Bursaspor", "Gənclərbirliyi" - "Qaziantepspor", "Rizespor" - "Konyaspor", "Başakşehir" - "Fənərbağça"
Mövsümün ilk yarısı 16 turdan sonra - dekabrın 24-də başa çatacaq. İkinci yarı yanvarın 7-də start götürəcək və mayın 21-də yekunlaşacaq.