Türkiyə klubu "Qarabağ"ın futbolçusu ilə danışıqlara başlayıb

Türkiyə klubu "Qarabağ"ın futbolçusu ilə danışıqlara başlayıb Leroy Corcu "Göztəpə" istəyir
Futbol
25 May , 2015 11:16
Türkiyə klubu Qarabağın futbolçusu ilə danışıqlara başlayıb

Bakı. 25 may. REPORT.AZ/ Türkiyə Super Liqasına 12 illik fasilədən sonra qayıtmağı hədəfləyən "Göztəpə" klubu "Qarabağ" komandasının futbolçusu Leroy Corcu transfer etmək istəyir. "Report"un "Sabah" nəşrinə istinadən verdiyi məlumata görə, Surinam əsilli hollandiyalı cinah oyunçusu baş məşqçi Mətin Diyadinin diqqətini cəlb edib. 

Həm sağ, həm də sol cinahda oynamağı bacaran 28 yaşlı yarımmüdafiəçi ilə "Göztəpə" rəhbərliyi arasında ilkin danışıqların aparıldığı bildirilir.  

Qeyd edək ki, "Göztəpə" gələn mövsüm Türkiyə I Liqasında mübarizə aparacaq. "Qarabağ" isə Azərbaycan Premyer Liqasının qalibidir. 

Son xəbərlər

Orphus sistemi