Türkiyə klubu tanınmış baş məşqçi ilə yollarını ayırıb

Türkiyə klubu tanınmış baş məşqçi ilə yollarını ayırıb 53 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub
Futbol
13 Sentyabr , 2016 16:07
Türkiyə klubu tanınmış baş məşqçi ilə yollarını ayırıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Rıza Çalımbay Türkiyənin "Kasımpaşa" futbol klubunun baş məşqçisi vəzifəsindən istefaya göndərilib. 

"Report"un məlumatına görə, klub rəhbərliyi 53 yaşlı mütəxəssislə müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

Buna Super Liqanın ilk 3 turunda komandanın cəmi 1 xal toplayaraq sonuncu pillədə yer alması səbəb olub.

Qeyd edək ki, Rıza Çalımbay "Kasımpaşa"da 2015-ci ilin iyulundan baş məşqçi kimi fəaliyyət göstərirdi. Həmin vaxt onunla 3 illik müqavilə bağlanılmışdı. Ötən mövsüm bu komanda Super Liqada 7-ci yeri tutmuşdu. 

Son xəbərlər

Orphus sistemi