Türkiyənin "Fənərbağça" klubunun prezidenti bəraət alıb

Türkiyənin "Fənərbağça" klubunun prezidenti bəraət alıb Aziz Yıldırım və 35 şübhəli şəxsə təzminat iddiası qaldırmaq hüququ verilib
Futbol
10 Oktyabr , 2015 10:15
Türkiyənin Fənərbağça klubunun prezidenti bəraət alıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ İstanbulun 13-cü Ağır Cəza Məhkəməsi məhkəməsi danışılmış oyun və cinayətkar şəbəkə qurmaqda şübhəli bilinən Türkiyənin "Fənərbağça" klubunun prezidenti Aziz Yıldırımla 35 digər şübhəli şəxsə bəraət verib. "Report"un məlumatına görə, şübhəli şəxslərin üzərindən bütün ittihamlar götürülüb.

Onların arasında Yıldırımdan əlavə, Şekip Mosturoğlu, Tayfur Havutçu, Serdal Adalı, İlhan Ekşioğlu və Mecnun Otyakmaz da olub. 1 saat 40 dəqiqəyədək davam edən məhkəmədə "Fənər"in prezidenti 4 il 3 aydır məhkəmənin davam etdiyini, qürur mücadiləsi aparan insanların bəraət tələb etdiklərini bildirib. Bundan sonra qərar verilməsindən ötrü prosesdə fasilə yaranıb.

2 saat 10 dəqiqədən sonra qərar açıqlanıb. Qərara əsasən, Yıldırım barəsində 2010-2011 mövsümündə "İstanbul BB", "Karabükspor", "Ankaragücü" və "Sivasspor"la qarşılaşmalarda danışılmış oyun, "Trabzonspor" - "Bursaspor", "Eskişehirspor" - "Trabzonspor" və "Trabzonspor" - "İstanbul BB" matçlarında stimullaşdırma ittihamları ilə 3 il 9 aylıq həbs və 1 milyon 312 min 500 lirə pul cəzası ləğv olunub. Şübhəli şəxsin günahı sübuta yetirilmədiyi üçün klub prezidentinə bəraət verilib. Eyni qərar digər tanınmış klub rəsmiləri və mütəxəssislərə də şamil olunub. Bəraət edənlərə təzminat iddiası qaldırmaq hüququ verilib.

Qərar "Fənərbağça" azarkeşləri tərəfindən coşqu ilə qarşılanıb. Onlar məhkəmə önündə şad xəbəri qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi