​Türkiyə derbisindən sonra stadionda dava düşüb

​Türkiyə derbisindən sonra stadionda dava düşüb Polis müdaxiləsindən sonra ara sakitləşib
Futbol
26 Oktyabr , 2015 09:47
​Türkiyə derbisindən sonra stadionda dava düşüb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasının IX turunda keçirilən "Fənərbağça" - "Qalatasaray" matçından sonra dava düşüb. "Report"un yerli mətbuata istinadən məlumatına görə, hadisə qonaq komandanın qapısı arxasında olan tribunada baş verib.

1:1 hesabı ilə başa çatmış oyunun sonunda azarkeşlər tribunada əlbəyaxa çıxıblar. Eyni zamanda, meydançaya kənar əşyalar atlıb. İnsident zamanı bəzi azarkeşlər yüngül xəsarətlər alıb.

Polisin hadisəyə müdaxiləsindən sonra ara sakitləşib.

Qeyd edək ki, IX turdan sonra "Qalatasaray" və "Fənərbağça" 18 xalla müvafiq olaraq turnir cədvəlinin 2 və 3-cü pillələrini bölüşürlər. 

Son xəbərlər

Orphus sistemi