​Türkiyə derbisində dava düşüb

​Türkiyə derbisində dava düşüb Hadisə final matçında baş verib
Futbol
18 Yanvar , 2016 10:05
​Türkiyə derbisində dava düşüb

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyənin 4 böyük futbol komandasının veteran futbolçuları arasında keçirilən mini-turnirdə dava düşüb. "Report"un məlumatına görə, hadisə "Qalatasaray" - "Fənərbağça" qarşılaşmasında baş verib.

"Sarı-qırmızılar"ın futbolçusu Hasan Şaş azarkeşlə mübahisə etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Hadisəyə digər futbolçular da müdaxilə edib. Daha sonra azarkeşlər arasında dava düşüb və xeyli sayda fanat salondan çıxarılıb.

Qeyd edək ki, "Beşiktaş" və "Trabzonspor"un da qatıldığı turnirin qalibi finalda "Qalatasaray"ı 8:6 hesabı ilə yenən "Fənərbağça" olub. 

Son xəbərlər

Orphus sistemi