​"Traktor Sazi" Çempionlar Liqasında ilk 1/8 final matçından məğlub ayrılıb

​"Traktor Sazi" Çempionlar Liqasında ilk 1/8 final matçından məğlub ayrılıb Təbriz təmsilçisi səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Nəsr" klubuna uduzub
Futbol
17 May , 2016 22:59
​Traktor Sazi Çempionlar Liqasında ilk 1/8 final matçından məğlub ayrılıb

Bakı. 17 May. REPORT.AZ/ Cənubi Azərbaycanın "Traktor Sazi" klubu Asiya Çempionlar Liqasında ilk 1/8 final matçına çıxıb. "Report"un məlumatına görə, Təbriz təmsilçisi səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Nəsr" klubu ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. "Traktor Sazi"nin yeganə qolunun müəllifi braziliyalı Avqusto Sezar dos Santos Moreyra olub. Cavab görüşü mayın 24-də Təbrizdə keçiriləcək.

Qeyd edək ki, "Traktor Sazi" 1/8 finala C qrupunun qalibi, "Əl Nəsr" A qrupunun 2-cisi kimi çıxıb.

Son xəbərlər

Orphus sistemi