​"Trabzonspor" klubu yeni baş məşqçisini rəsmən açıqlayıb

​"Trabzonspor" klubu yeni baş məşqçisini rəsmən açıqlayıb 55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb
Futbol
17 May , 2016 15:00
​Trabzonspor klubu yeni baş məşqçisini rəsmən açıqlayıb

Bakı. 17 may. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" futbol klubu yeni baş məşqçisinin adını açıqlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan sonra komandaya Ersun Yanal rəhbərlik edəcək.

55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, E.Yanal 2016/2017 mövsümü üçün 1.45 milyon avro, 2017/2018 mövsümü üçün 1.8 milyon avro qazanacaq.

Qeyd edək ki, bundan öncə komandaya Hami Mandıralı rəhbərlik edib və uğursuz nəticə səbəbindən qovulub. Super Liqanın sonuna 1 tur qalmış "Trabzonspor" 40 xalla 12-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi