​"Trabzonspor" klubunun futbolçusu itkin düşüb

​"Trabzonspor" klubunun futbolçusu itkin düşüb Futbolçu bir neçə gündür məşqlərə qatılmır
Futbol
6 Yanvar , 2016 20:03
​Trabzonspor klubunun futbolçusu itkin düşüb

Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyənin "Trabzonspor" klubunda çıxış edən Duqlas Franko yoxa çıxıb. "Report"un məlumatına görə, hollandiyalı müdafiəçi artıq bir neçə gündür komandanın məşqlərinə qoşulmur.

Klub rəhbərliyinin cəhdlərinə baxmayaraq, futbolçudan xəbər almaq mümkün olmayıb. Üstəlik, klubdan 27 yaşlı futbolçunun məşqə qatılmamaq haqda heç bir məlumat vermədiyi bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl "Trabzonspor" rəhbərliyi Duqlas Frankoya özünə yeni klub tapmağı məsləhət görüb.

Son xəbərlər

Orphus sistemi