Bakı. 18 sentyabr. REPORT.AZ/ "Qarabağ "- yaxşı komandadır, onlar yaxşı oynadılar, bu bizim üçün çətin oyun idi".
"Report" "Tottenham" futbol klubunun saytına istinadən xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsində Ağdamın "Qarabağ" klubu ilə matçı şərh edən İngiltərə klubunun baş məşqçisi Maurisio Pokettino bildirib.
"İlk dəqiqələrdə penaltidən qol buraxdıqdan sonra, bizim üçün çətin idi, lakin mən oyunçulardan razıyam, çünki onlar çətin anda iradə nümayiş etdirdilər və yaxşı oynadılar", - məşqçi əlavə edib.
Xatırladaq ki, sentyabrın 17-də Londonda keçirilən "Tottenhem"-"Qarabağ" qarşılaşması 3:1 hesabı ilə sona çatıb.